...

Fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirləri üzrə vergi dərəcəsi 5%-ə endirilir

İqtisadiyyat Materials 4 Dekabr 2025 16:03 (UTC +04:00)
Fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirləri üzrə vergi dərəcəsi 5%-ə endirilir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirləri üzrə vergi dərəcəsi 5%-ə endirilə bilər.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi Milli Məclisdə müzakirə olunur. Dəyişikliklərin əsas hədəfi sahibkarlığın təşviqi, vergi yükünün optimallaşdırılması və “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu dəyişikliklərin əsaslandırılmasını hissə-hissə ictimaiyyətə təqdim edir.

Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən, Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxslər xaricdən əldə etdikləri qeyri-sahibkarlıq gəlirlərini 14 faiz vergi dərəcəsi ilə bəyan edib ödəməlidirlər. Növbəti ildən həmin vergi dərəcəsinin 14 faizdən 5 faizə endirilməsi təklif olunur.

Dəyişiklik, bir tərəfdən, xaricdən əldə edilən gəlirlərin könüllü şəkildə bəyan olunmasını təşviq edəcək, digər tərəfdən isə vergi bazasının əhatə dairəsinin genişlənməsinə xidmət göstərəcək. Bununla yanaşı, xaricdə yerləşən maliyyə vəsaitlərinin və investisiyaların ölkəyə axınını təşviqi üçün əlavə stimullar formalaşacaq, daha aşağı vergi yükü kapitalın ölkəyə qaytarılmasını iqtisadi cəhətdən daha səmərəli edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti