...

ÜTT-yə daxil olma ilə bağlı yaradılmış dövlət komissiysının katibi: " 2009-cu ilin ortalarında Azərbaycan təşkilatın üzvünə çevrilə bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2007 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Çərşənbə günü Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı olaraq yaradılmış dövlət komissiyasının katibi Ədalət Muradovun mətbuat konfransında verdiyi məlumata görə, Azərbaycan 2008-ci ilin sonlarına qədər Ümumdünya Ticarət Təşkilatına daxil olma prosesini başa çatdırmaq və 2009-cu ilin ortalarında artıq təşkilatın üzvü olmaq üçün real imkana malikdir. Azərbaycan hazırda ikitərəfli danışıqların ikinci mərhələsindədir.

"Xidmətlər üzrə təkmilləşdirilmiş təkliflər Amerika, Avropa Komissiyası, Yaponiya, Koreya və Çinin Tayvan əyalətinə təqdim olunub. Bu il həmin ölkələrlə danışıqların aparılması planlaşdırılır. Tariflər üzrə edilmiş təkliflərlə bağlı iş davam edir" - deyə Muradov bildirib.

Bu günə qədər Azərbaycan ÜTT ilə dörd görüş keçirib. İlk iki görüş xarici ticarət rejimi məsələlərinin müzakiəsinə həsr olunub, 2005-ci ildən keçirilən son iki görüşlərdə isə ölkə genişmiqyaslı danışıqlara başlayıb. İkitərəfli danışıqlar Azərbaycan bazarına mal və xidmətlərin daxil olması, kənd təsərrüfatının və bu sahədə ixrac subsidiyalarının çoxtərəfli və daxili dəstəklənməsi məsələləri ilə bağlı aparılır.

O, həmçinin qeyd edib ki, Azərbaycanın təşkilata daxil olmasına ciddi maneələr yoxdur. ÜTT-yə daxil olma konsensus əsasında baş verir. Bununla əlaqədar olaraq, hər hansı bir maneənin meydana çıxması gözlənilmir.

Muradovun sözlərinə görə, Ermənistan Azərbaycanın ÜTT-yə daxil olmasına maneə törətməmək barədə öhdəlik götürüb.

Xəbər lenti

Xəbər lenti