...

"Palmali"nin mərkəzi ofisi 2008-ci ildə Maltadan Istanbula köçürüləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2007 14:56 (UTC +04:00)

Türkiyə, Ankara / Trend müxbir A.Ələsgərov / "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Məsimov "Hürriyət" qəzetinə verdiyi müsahibədə bildirib ki, "Palmali" Şirkətlər Qrupu 2008-ci ildə öz mərkəzi ofisini Maltadan Istanbula köçürmək niyyətindədir, həmçinin 1,3 mlrd. dollar türk bayrağı altında üzən neft tankerlərinin alınmasına xərcləmək planlaşdırılır. Onun sözlərinə görə, türk bayrağı altında üzən gəmilər vasitəsilə şirkət Baki-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Türkiyəyə nəql olunan neftin daşınması ilə məşğul olmağı planlaşdırır

"Palmali" Aralıq, Xəzər və Qara dəniz hövzələrində yük daşınması üzrə ixtisaslaşıb. Şirkət Rusiyanın daxili limanlarında daşımalar üzrə liderdir. "Palmali" dəniz donanması hazırda 116 neft tankeri və 14 müxtəlif tutumlu yük gəmilərindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti