...

AİB azərbaycan bankının səhmlərinin əldə etmə hüqüqunu qazanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2007 03:33 (UTC +04:00)

Azərbaycan , Bakı / Trend müxbir İ.Xəlilova / 2088-ci ilin yanvar ayında Asiya inkişaf bankı (AİB) 25-30 mln. dollarlıq kredit xəttinin açılmasından əvvəl Texnikabankın qiymətləndirilməsini aparacaq . AİB-in bakı nümayəndəliyindən bu haqda məlumat veriblər .

"Kredit xəttindən başqa biz Texnikabankdan müəyyən bir müddətdən sonra səhmlərin alması hüququnu alırıq . Bu həmin dövrdə səhmlərə yaxşı qiymət müşaiyət olunarsa baş tuta bilər , amma narahatçılıq yaranarsa Asiya bankı kredit xətti ilə məhdudlaşa bilər " - deyə nümayəndəlikdə bildiriblər . Hal hazırda Texnikabanka texniki yardım verilməsinin mümkünlüyü nəzərdən keçirilir , lakin istiqamətlər hələ müəyyən olunmayıb .

Öncə AİB Azeriqazbank və Bank Respublikanın səhmdar kapitalında iştirakı müzakirə edirdi , lakin indii bu məsələ artıq gündəlikdə dayanmır . " Asiya bankı hələ ki , azərbaycan banklarının səhmdar kapitalında iştirak məsələsini planlaşdırmır " - deyə bankda qeyd etdilər .

2007-ci ilin sonuna qədər AİB Azərbaycan bank sektoru üzrə portfelini indiki 31 mln dollardan 120 mln. dollara çatdırmağı planlaşdırır .

Xəbər lenti

Xəbər lenti