...

Bakıda Azərbaycan-Almaniya biznes forumu baş tutacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2007 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Almaniyanın federal iqtisadiyyat və texnologiya naziri Mixail Qlossun Azərbaycana oktyabrın 18-19-da baş tutacaq səfəri çərçivəsində, Azərbaycan-Almaniya biznes-forumunun keçirilməsi planlaşdırılır. Bu barədə çərşənbə günü İqtisadi İnkişaf Nazirliyindən verilən məlumatda deyilir. Nazirin başçılıq edəcəyi nümayəndə heyətinə 80 nəfət daxildir.

Səfər zamanı İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Enrgetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüşlərin keçirilməsi planlaşdırılır. Almaniya nümayəndə heyəti ARDNŞ-nin rəhbərliyi ilə də görüşün keçirilməsinin tərəfdarıdır.

Səfər zamanı Avropa bazarlarına energi resurslarının nəqli məsələləri müzakirə olunacaq. Azərbaycanın Sənaye və Energetika Nazirliyi sənaye və kimya sahəsində təkliflərlə çıxış edəcək. Nümayəndə heyətində Almaniyanın nüfuzlu sənaye və energetika şirkətlərinin nümayəndələri təmsil olunacaq və biznes-forum çərçivəsində sözügedən nümayəndə heyəti ilə danışıqlar aparıla bilər.

Xəbər lenti

Xəbər lenti