...

"Bank Respublika"nın Əhmədli filialında müştəri xidmətlərinin vaxtı saat 22.00-dək uzadılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2007 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ "Bank Respublika"nın Sarayev küçəsi 18Q ünvanında yerləşən Əhmədli filialı saat 22.00-dək xidmət göstərməyə başlayıb. Bu barədə Bankın çərşənbə axşamıı yayılan məlumatında bildirilir.

Bankın Əhmədli filialı həftənin 5 günü fasiləsiz olaraq saat 22.00-dək əhaliyə bank xidmətləri göstərir. Filial şənbə günü də saat 10.00-dan 19.00-dək işləyir.

Uzadılmış axşam saatları ərzində cari hesablar üzrə əməliyyatlar, əmanətin qəbulu, kredit üzrə borcun ödənilməsi, plastik kartlar üzrə əməliyyatlar (plastik kartların sifarişi, kart hesabına mədaxil, kredit xətti üzrə borcun ödənilməsi, kartdan nəqd pulun alınması), Western Union, Contact, Migom, Travelex, PrivatMoney, Bıstraya Poçta, Xpress Money, Blizko və Allür təcili pul köçürmələri, mobil operatorların (Azercell, Bakcell, Nar Mobile) xidmətlərinin ödənilməsi, valyuta mübadiləsi kimi əməliyyatlar mümkündür.

Hazırda "Bank Respublika"nın 14 filialı və 10 şöbəsi fəaliyyət göstərir. Bakıda həmçinin müştərilərə həftənin bütün günləri 24 saat fasiləsiz xidmət göstərən Ofis24 fəaliyyət göstərir. "Bank Respublika"nın Gəncə şöbəsi həmçinin saat 20.00-dək əhaliyə xidmətlər göstərir. Bankın digər filial və şöbələri isə adi iş rejimində işləyir və müştərilərə saat 17.00-dək xidmət göstərirlər.

Xəbər lenti

Xəbər lenti