...

AZPROMO Himayədarlar Şurasının 2008-ci ildə keçiriləcək ilk iclasının tarixi təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2008 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral/ " , müxbir İ.Xəlilova/ Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Himayədarlar Şurasının 2008-ci ildə birinci iclasını martın 4-də keçirməyə hazırlaşır. Bu barədə cümə günü AZPROMO-nun prezidenti Emil Məcidov məlumat verib.

İclasda nəzərdən keçiriləcək məsələlər arasında fondun 2008-ci il üçün büdcəsinin təsdiqi, tədbirlər planı, yeni üzvlərin qəbul edilməsi var. Məcidovun sözlərinə görə, şura Müşhaidə Şurasının müzakirəsinə üzvlük haqqının məbləğinin artırılması haqqında məsələ çıxaracaq. Bu gün üzvlük haqqı 2.5 mln. manatdır. Üzvlük haqları yalnız fondun daimi üzvləri tərəfindən ödənilir. Lakin dövlət orqanları bu ödəmələrdən azaddırlar.

AZPROMO-nun sıraları daha 10 üzvlə genişlənəcək. Onların arasında banklar, biznes-assosiasiyalar, əcnəbi və yerli istehsalçılar var.

"AZPROMO-da belə tendesiya yaranıb ki, yerli və əcnəbi şirkətlərin faiz nisbəti 70-in 30-a təşkil edir" - Məcidov qeyd edib.

AZPROMO-nun ümumilikdə 94 üzvü var. Himayədarlar Şurasının üzvləri iki qrupa - daimi üzvlər və fəxri qonaqlara bölünüb. Daimi üzvlərin sırasına özəl sektor və hökumət nümayəndələri daxildir. Onlar çıxış etmək üçün səs hüquqa və fondun Nizamnaməsindən irəli gələn digər hüquqlara malikdirlər.

Fəxri qonaqlar sırasına daxil olan BMİ, diplomatik missiyalar və digər oxşar təşkilatların nümayəndələri isə çıxış etmək imkanına malik olsalar da,J səs verə bilmirlər. Fond rəhbərinin sözlərinə görə, müşahidəçiləri nəzərə almaqla AZPROMO-nun sıraları 110-dək artacaq.

Bu il AZPROMO-nun büdcəsinin 25-30% genişlənərək 1 mln. dollaradək artacağı gözlənilir. Bu, fəaliyyət növlərinin sayının artması ilə bağlıdır. Ötən il əməliyyat xərcləri üçün büdcə 0.7 mln. dollar təşkil edib. Bununla yanaşı, fondun maliyyələşdirilməsi 55% dövlət vəsaitləri, 20% beynəlxalq maliyyə təşkilatları, 25%-i isə özəl biznesin hesabına aparılıb. Beynəlxalq dəstək BMT-nin İnkişaf Proqramı (o ixracın dəstəklənməsini maliyyələşdirib) və Almaniya Texniki Yardım Cəmiyyəti GTZ (ixrac əməliyyatlarının yaradılmasını dəstəkləyir) xətti ilə göstərilir.

Lakin 2008-ci ildə beynəlxalq donorların yardımı özəl sektorun xeyrinə ixtisar olunacaq. Müəyyən mərhələdə isə dövlət və özəl sektor arasında nisbət bərabərləşdiriləcək (50-50). Bu AZPROMO-nun Himayədarlar Şurasının üzvlərinin sayının genişləndirilməsi hesabına baş verəcək və hər il üzlük haqqlarının obyektivliyi məsələsi müzakirə ediləcək.

2008-ci ildə AZPROMO-nun tədbirlər planına 50-dək biznes-forum, konfrans, təqdimat daxildir. Ötən il onların sayı həmçinin 40-ı ötüb. Bu il 30 tədbirlə məhdudlaşmaq planlaşdırılmasına baxmayaraq, Məcidov hesab edir ki, əlverişli rəqəm 40-50 arasındır.

Xəbər lenti

Xəbər lenti