...

Azərbaycan Suriya və Türkiyəyə yeni aviareyslər açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2008 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel/ Trend , müxbir S.Əliyev/ "Azərbaycan hava yolları" (Azerbaijan airlines) milli aviasiya şirkəti mayın 5-dən etibarən Bakı-Aleppo (Suriya) marşrutu üzrə reyslər açır. Bu barədə cümə axşamı AZAL Dövlət Konsernindən məlumat veriblər. Biletin dəyəri hələ ki, müəyyən edilməyib.

Uçuşlar bazar ertəsi, Fransanın ATR - 72-500 markalı təyyarələri ilə həyata keçiriləcək. Bu hava gəmiləri Dövlət Konserni tərəfindən ötən ildən alınır.

Bundan əlavə, aprelin 15-dən etibarən AZAL Bakı-Trabzon (Türkiyə) marşrutu üzrə uçuşların həyata keçirilməsinə başlayır. Aviareyslər çərşənbə axşamları ATR -72-500 təyyarələri ilə həyata keçiriləcək. Biletin qiyməti 345 manat təşkil edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti