...

Avropalı ekspertlər 2009-cu ildə Amerika valyutasının 7,5 faizdən çox möhkəmlənəcəyini proqnozlaşdırırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2008 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel/ Trend müxbir A.Bədəlova/ Avropanın böyüklüyünə görə ikinci bankı - İsveçrənin UBS bankı dekabrda Amerika dollarının dəyərinin hazırki 1 avroya görə $1,56 qarşı $1,4 təşkil edəcəyini proqnozlaşdırır. 2009-cu ilin dekabrında Amerika dollarının avroya nisbətdə dəyəri $1,3 təşkil edəcək.

İsveçrə bankının proqnozlarına görə, orta hesabla 2009-cu ildə Amerika dollarının avroya nisbətdə dəyəri 2008-ci ildəki $1,48-ə qarşı $1,35 təşkil edəcək.

Bu ilin əvvəlindən Amerika valyutası dollara nisbətən 7,8 faiz ucuzlaşıb

"Böyük yeddiliyin" ötən həftə Vaşinqtonda keçirilən iclasından əvvəl Avropa valyutası $1,5915 ilə tarixi maksimumuna çatıb.

Britaniyanın iqtisadi tədqiqatlar üzrə konsaltinq şirkəti Capital Economics-dən Trend -a bildiriblər ki, 2009-cu ildə Amerika dollarının avroya münasibətdə dəyəri 2008-ci ildəki $1,5-dən $1,4-ə düşəcək.

"Böyük yeddilik" ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri görüşdə dolların zəifləməsi ilə bağlı narahatlıq bildiriblər. Görüşün yekunu üzrə bəyanatda deyilir ki, "G7-nin sonuncu görüşündən sonra bir çox valyutalarda dayanıqsızlıq müşahidə olunub və biz onun iqtisadi və maliyyə sabitliyi üçün nəticələrindən narahatıq". "Böyük yeddilik" Çini artan müsbət xarici ticarət saldosu və daxili inflyasiya ilə əlaqədar yuanın məzənnəsinin sürətlə möhkəmləndirməyə çağırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti