...

DB Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı layihəsinin gerçəkləşdirilməsi üzrə işlərlə tanış olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2008 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / " , müxbir Ü.İsmayılova / Dünya Bankının (DB) nümayəndələri bu həftə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində "Daşınmaz əmlakın qeydiyyatı layihəsi"nin gerçəkləşdirilməsi ilə tanış olublar. Bu barədə Dövlət Xidmətinin cümə axşamı yayılmış məlumatında bildirilib.

Dövlət Xidmətinin rəhbəri Arif Qaraşov və DB-nin layihə üzrə koordinatoru Gevin Adlinqton layihənn icra prosesində işlərin sürətləndirilməsi və nəzərdə tutulmuş vaxt çərçivəsində yerinə yetirilməsiilə bağlı məsələləri müzakirə ediblər.

DB missiyasına daxil olan xarici ekspertlər Dövlət Xidmətinə "Daşınmaz əmlakın qeydiyyatı layihəsi" sahəsində bir sıra zəruri tövsiyələr veriblər.

Azərbaycan hökuməti və Dünya Bankı 2007-ci il iyul ayında daşınmaz əmlakın vahid kadastrı sisteminin müştərək tətbiqi haqqında saziş imzalayıb. Layihə dörd komponentdən ibarətdir - daşınmaz əmlakın qeydiyyatı; dövlət əmlakının idarəsi və reyestri; baza kartoqrofiyası və torpaq kadastrı; layihənin idarə olunması və siyasətin formalaşdırılması, treninqlər. Layihənin qiyməti 38,57 mln. dollar təşkil edir ki, ondan 30 mln. dolları DB-nin payına düşür. Kredit ehtiyatları 5 ili güzəştli müddət olmaqla 20 il müddətinə verilib.

Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanvarda Almaniyanın KfW inkişaf bankı ilə kadastr və daşınmaz əmlakın qeydiyyatının vahid sisteminin yaradılması çərçivəsində qarşılıqlı anlaşma barədə protokol imzalayıb. KfW layihəsinin əsas mərhələsinin gerçəkləşdirilməsinə 30 ay tələb olunur. Almaniyanın KfW bankı güzəştli kredit kadastrının yaradılması layihəsinə 2,5 mln. avro və benefisiar-təşkilatın institusionallaşdırılmasına 1 mln. avro ayrılmasına hazır olduğunu bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti