...

İstiqraz bazarı iştirakçıları MDB və Baltika ölkələrindəki istiqraz problemləri və perspektivlərinə dair müzakirələr aparacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2008 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend / Yayda Vilnüs şəhərində MDB və Baltika ölkələrinin istiqraz bazarlarının perspektivləri və problemləri, sərmayələrin cəlb olunması və risklər barədə müzakirələr aparılacaq. Bu barədə Bakı Fond Birjasının bazar ertəsi yayılmış məlumatında bildirilir.

İyun ayının 19-dan 20-dək Vilnüsda "MDB və Baltika ölkələrinin istiqraz Konqresi-2008"in V Yubileyi keçiriləcək. Müxtəlif ölkələrdən olan bazar iştirakçıları problemli məsələlər, sərmayəilə bağlı təcrübə mübadiləsi aparacaq, qonşu ölkələrin borc alətlərində investisiya imkanlarını müzakirə edə biləcəklər.

"MDB və Baltika ölkələrinin İstiqraz Konqresi-2008" tanınmış bank nümayəndələri, investisiya institutları, korporasiyalar, Rusiya, Qazaxıstan, Ukrayna, MDB-nin digər ölkələri və xarici dövlətlərin yerli hökumət və dövlət orqanlarının nümayəndələri üçün nəzərdə tutulub.

Tədbir "Cbonds" İnformasiya Agentliyi vasitəsilə keçirilir. 2007-ci ildə Konqres Azərbaycanda keçirilib.

Xəbər lenti

Xəbər lenti