...

Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2008 20:24 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı

Azərbaycan, Bakı, 01 avqust/ Trend , müxbir İ.Xəlilova/ Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətən Azərbaycan Milli Bankı tərəfindən təyin edilən rəsmi məzənnəsi 0,0006 bənd (0,06 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına görə 0,81368 manat səviyyəsində müəyyən edilib.

Dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,8141 manat səviyyəsində avqustun 26 - da, minimal məzənnə isə, avqustun 28 - də (1 ABŞ dollarına görə 0,8132 manat) təyin edilib.

Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi
18 avqust 0,8146 25 avqust 0,8140
19 avqust 0,8151 26 avqust 0,8141
20 avqust 0,8138 27 avqust 0,8137
21 avqust 0,8137 28 avqust 0,8132
22 avqust 0,8129 29 avqust 0,8134
Həftə ərzində orta 0,81402 Həftə ərzində orta 0,81368

Həftənin yekunlarına əsasən, manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasında ticarətin yekunları nəticəsində müəyyən edilən məzənnəsi 0,0005 bənd (0,05 faiz) möhkəmlənib. Orta məzənnə 1 ABŞ dollarına görə 0,81284 manat səviyyəsində müəyyən edilib.

Nəzərdən keçirilən dövr ərzində dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,8133 manat səviyyəsində avqustun 26-28-də, minimum məzənnəsi isə avqustun 25-də (1 ABŞ dollarına görə 0,8119 manat) müəyyən edilib.

Həftə ərzində BEST- də eyni gündə valyutalaşdırılmaqla (T+0), əqdlər bağlanıb: avqustun 25 - də 0,8119 AZN/USD məzənnə ilə $0,125 mln., avqustun 26 - da - 0,8133 AZN/USD məzənnə ilə $3,545 mln., avqustun 27-də - 0,8133 AZN/USD məzənnə ilə $0,495 mln., avqustun 28 - də əqdlər bağlanılmasa da məzənnə 0,8133 AZN/USD səviyyəsində qalıb; avqustun 29 - da - 0,8124 AZN/USD məzənnə ilə $10 mln.

Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi
18 avqust 0,8146 25 avqust 0,8140
19 avqust 0,8151 26 avqust 0,8141
20 avqust 0,8138 27 avqust 0,8137
21 avqust 0,8137 28 avqust 0,8132
22 avqust 0,8129 29 avqust 0,8134
Həftə ərzində orta 0,81402 Həftə ərzində orta 0,81368
Manatın dollara nisbətdə birja məzənnəsi
18 avqust 0,8141 25 avqust 0,8119
19 avqust 0,8141 26 avqust 0,8133
20avqust 0,8128 27 avqust 0,8133
21 avqust 0,8128 28 avqust 0,8133
22 avqust 0,8119 29 avqust 0,8124
Həftə ərzində orta 0,81314 Həftə ərzində orta 0,81284

Dilerlər tərəfindən tələbat olmadığı üçün, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb. Banklar tərəfindən BEST-ə RUB/AZN və EUR/AZN alətləri (T+1, T+2) üzrə sifarişlər çıxarılmayıb.

Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti dəyişməyib və 18 manat təşkil edib.

Özəlləşdirmə çeklərinin müddəti 2010 - cu il yanvarın 1 - də başa çatır.

Xəbər lenti

Xəbər lenti