...

Cari il Azərbaycanın UniBank-nın kart biznesinin inkişafı üçün uğurlu olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2008 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr/ Trend /2008 - ci il UniBank-ın kart biznesinin inkişafı üçün ən uğurlu illərdən biri olub, - bankın cümə axşamı yayılan məlumatında deyilir.

""Cari ildə bizim kart biznesimiz fəal surətdə genişlənib, - UniBank-ın əməliyyat direktoru Kamil Seyidov deyib. - Məhz 2008 - ci ildə biz Visa International-dan e-commerce lisenziyası almış ilk Azərbaycan bankı olduq".

Yazda bank Visa çip kartlarının emissiyasına başlayıb, payızda isə Mastercard sisteminin ekvayeri statusunu alıb. Bundan başqa, UniBank artıq sertifikasiya prosesini başa çatdırıb və ən yaxın zamanda bu ödəniş sisteminin də çip kartlarını buraxmağı planlaşdırır.

2008 - ci ilin 11 ayı ərzində Unibank-ın plastik kartlarının satışından və onlara xidmət edilməsindən gələn gəlirləri də arlb. Bu göstərici 615 min manat təşkil edib  - 2007 - ci ilin həmin dövrünə nisbətən 41,3 faiz çox.

Yanvar-noyabr ərzində, kredit kartlarına hesablanan faizlər üzrə, Banka, ümumiyyətlə, 1173 min manat ödənilib, bu, ötən ilin yanvar - noyabr ayları üçün analoji göstəricidən 64 faiz çoxdur.

Ümumiyyətlə isə, 2008 - ci il dekabrın 1-nə UniBank 15 205 fəal plastik kart emissiya edib və onlara xidmət etməkdədir.

Dekabrın 25 - nə olan cari mübadilə məzənnəsi -- 0,8017 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti