...

Azərbaycanda 100-ə yaxın qanunsuz təqaüd verilməsi faktı qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2009 15:16 (UTC +04:00)
Azərbaycanda özünə qeyri-qanuni təqaüd düzəldən 100-ə yaxın insanın təqaüd təminatı ləğv olunub. Bu barədə çərşənbə axşamı hakim Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov deyib.
Azərbaycanda 100-ə yaxın qanunsuz təqaüd verilməsi faktı qeydə alınıb

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda özünə qeyri-qanuni təqaüd düzəldən 100-ə yaxın insanın təqaüd təminatı ləğv olunub. Bu barədə çərşənbə axşamı hakim Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov deyib.

"Bu 100 nəfərin təqaüd təminatının ləğv olunmasına əməkhaqqılarını yüksək göstərmələri səbəb olub. Belə ki, əməkhaqqının yüksək olması təqaüdlərin verilməsinə öz təsirini göstərir", - Müslümov deyib.

Onun sözlərinə görə, neqativ hallar bir neçə ay ərzində davam edən yoxlamalar nəticəsində aşkar olunub.

"Hazırda bu şəxslərə təqaüdün verilməsi dayandırılıb və qanunvericiliyə uyğun olaraq, onların hər birinin məhkəməyə müraciət etmək hüququ var. Dövlət Fondu hər bir ölkə vətəndaşının ədalətli təqaüd təminatının təmin olunması məqsədi ilə məhkəmə instansiyaları qarşısında cavab verməyə hazırdır", - DSMF rəhbəri deyib.

Bu günə qədər bu şəxlərin heç biri tərəfindən məhkəməyə müraciət olunmayıb.

Pensiya təminatında neqativ halların yoxlanılması sığorta-pensiya sisteminin islahatları çərçivəsində həyata keçirilir. Bu sistemə görə, əmək pensiyaları əmək stajına əsasən veriləcək.

"Əmək stajına görə pensiyaların verilməsi 2010-cu il yanvarın birindən pensiya yaşına çatmış insanlara şamil olunacaq. Hazırda fond tərəfindən həmin tarixədək pensiya yaşına çatmış şəxslərin əmək pensiyası alması məsələsinin həlli üçün hüquqi əsaslar işlənib hazırlanır", - Müslümov deyib.

Hazırda ölkədə 1,3 milyon təqaüdçü var. Orta əmək pensiyası 75 manat təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti