...

Azərbaycanın ən iri sığorta şirkətlərindən biri haqları 8 milyon manata çatdırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2009 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan MBASK sığorta şirkəti ilin sonunadək haqları 8 milyon manata çatdırmağı planlaşdırır, şirkətin idarə heyətinin sədri Cəmil Məlikov bildirb.

Onun sözlərinə görə, ilin yekunu üzrə şirkətin gəliri 2 milyon manat səviyyəsində gözlənilir. Vəsait MBASK-ın kapitallaşmasının artırılmasına yönəldiləcək.

"Bu gün biz bir çox digər bazarlar kimi yığılmalar üzrə proqnozları yerinə yetirmirik", - o deyib.

Gələn il üçün proqnozlara dair Məlikov deyib ki, həm bazarda, həm də şirkətin inkişafında əhəmiyyətli dəyişikliklər gözlənilmir.

"Gələn il də sığorta bazarında vəziyyət bu ilki kimi çətin olacaq", - sədr belə hesab edir.

Azərbaycanın sığorta bazarında 1992-ci ildən fəaliyyət göstərən MBASK şirkəti 29 növdə sığorta xidməti göstərir ki, onlardan dördü icbari sığortadır. Şirkətin səhmlərinin 30%-i 2005-ci ilin yanvar ayından etibarən AYİB-ə məxsusdur. Yanvar-oktyabr aylarının yekunları üzrə şirkət 4,39 milyon manatlıq ödəmələrlə 5,5 milyon manat haqq yığıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti