...

Azərbaycanda dördüncü prosessinq mərkəzi fəaliyyətə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2010 18:45 (UTC +04:00)
Fevralın 26-dan etibarən Azərbaycanda "Texkart" adlı yeni prosesinq mərkəzi fəaliyyətə başlayıb. Bu barədə Texnikabankın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir N.İsmayılova/

Fevralın 26-dan etibarən Azərbaycanda "Texkart" adlı yeni prosesinq mərkəzi fəaliyyətə başlayıb. Bu barədə Texnikabankın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Artıq mərkəz tərəfindən "MasterCard" sisteminin 1000-ə yaxın plastik kartı emissiya olunub. "MasterCard"-lar avro hesablı olduğu üçün ilk olaraq "Texkart" prosesinq mərkəzində məhz bu cür kartlar buraxılıb. Növbəti emissiyada "Visa" sisteminin lokal, debit və kredit kartları nəzərdə tutulur. Bu isə yaxın 40 gün ərzində həyata keçiriləcək.

"Texkart" prossesinq mərkəzi "Texnikabank" ASC tərəfindən 2007-ci ildə yaradılıb. Şirkət ilk olaraq "Texnikabank" üçün kartlar emissiya edəcək, gələcəkdə isə digər banklara da xidmətlərin göstərilməsi nəzərdə tutulub. "Texkart"-ın nizamnamə kapitalı bir milyon manat təşkil edir.

Bu gün bank tərəfindən 49,2 min kart emissiya olunub, onlardan min ədədi MasterCard sistemi kartlarının payına düşür. Bankın digər kartları "Azericard" prosessinq mərkəzində xidmət göstərməkdə davam edir.

2010-cu ildə onların sayının yeni məhsullar sayəsində 20 faizə, 2011-ci ildə isə 90 faizə çatdırılması planlaşdırılır.

Bu gün ölkədə üç prosessinq mərkəzi - 100 faiz Azərbaycan Beynəlxalq Bankına məxsus olan Azəricard, 18 kommersiya bankının və AYİB-in mülkiyyətində olan "Milli Kart" və Kapital Bank prosessinq xidməti fəaliyyət göstərir.

Martın 02-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti