...

Bakı - Astara istiqamətində dəmir yolu nəqliyyatının bərpası haqqında təbii fəlakətin nəticələrinin aradan qaldırılmasından sonra danışmaq olar – Nəqliyyat Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2010 15:11 (UTC +04:00)
Sel sularının keçməsini təmin etmək məqsədilə bir hissəsi sökülən Bakı - Astara istiqamətində dəmir yolu nəqliyyatının bərpasından yalnız Kür çayının daşması ilə əlaqədar Azərbaycan ərazisində baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasından sonra danışmaq olar. Bu barədə çərşənbə axşamı Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib.
Bakı - Astara istiqamətində dəmir yolu nəqliyyatının bərpası haqqında təbii fəlakətin nəticələrinin aradan qaldırılmasından sonra danışmaq olar – Nəqliyyat Nazirliyi

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir E.İsmayılov/

Sel sularının keçməsini təmin etmək məqsədilə bir hissəsi sökülən Bakı - Astara istiqamətində dəmir yolu nəqliyyatının bərpasından yalnız Kür çayının daşması ilə əlaqədar Azərbaycan ərazisində baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasından sonra danışmaq olar. Bu barədə çərşənbə axşamı Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, dəmir yolunun 51-52-ci kilometrliyindəki Osmanlı - Azadkənd arasındakı ərazidə dəmir yolu sökülüb. Bu, Sabirabad kəndlərinin sel sularından xilas olması məqsədilə edilib. Bundan sonra cənub istiqamətində dəmir yolu daha beş yerdə sökülüb. İndi qatarlar yalnız İmişli - Horadiz istiqamətində işləyir, Bakı - Astara istiqamətində dəmir yolu nəqliyyatının hərəkəti isə faktik olaraq dayandırılıb.

"Bu proses hələ çox davam edəcək, çünki söhbət təkcə sel axınlarının çəkilməsindən getmir. Burada dağıdılmlş sahələrin bərpa olunması məsələsi durur. Bu, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasından sonra mümkün olacaq və söhbət dəmir yolunun salınması zərurətindən gedir", - Həsənov deyib.

Onun sözlərinə görə, NN tərəfindən Salyan - Sabirabad avtomobil yolunu su basması ilə əlaqədar, Pədər kəndi istiqamətində 19 kilometrlik avtomobil yolu salınıb. Eləcə də Qaratəpə - Haşımxanlı istiqamətində 12 kilometr uzunluğunda avtomobil yolu salınıb. Saatlı rayonunda əhalinin keçməsi və zərər çəkmiş rayonlardan olan sakinlərin əşyalarının daşınması məqsədilə uzun müddətdən bəri istifadə olunmayan körpü təmir edilib.

Həsənovun dediyi kimi, hazırda sel axınları təhlükəsi üzündən komissiya bir neçə gün ərzində Bakı - Ələt - Astara və Hacıqabul - Bəhramtəpə - Mincevan avtomobil yollarının müəyyən hissələrinin bağlanma imkanlarını nəzərdən keçirir.

Təbii fəlakət hələ davam etdiyindən, hazırda nəqliyyat infrastrukturuna dəyən ziyanın məbləği  hesablanmayıb.

Xəbər lenti

Xəbər lenti