...

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın "Baku Electronics" şirkətinə 4 milyon dollar dəyərində kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2010 17:28 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda istehlakçı elektrik və elektron aparaturalarının topdan satışı üzrə aparıcı distribüter "Baku Electronics"ə pərakəndə standartların təkmilləşdirilməsində yardım göstərmək məqsədilə 4 milyon dollar dəyərində kredit ayırıb.
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın "Baku Electronics" şirkətinə 4 milyon dollar dəyərində kredit ayırıb

Аzərbaycan, Bakı, 7 iyul /Trend, müxbir N.İsmayılova/

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda istehlakçı elektrik və elektron aparaturalarının topdan satışı üzrə aparıcı distribüter "Baku Electronics"ə pərakəndə standartların təkmilləşdirilməsində yardım göstərmək məqsədilə 4 milyon dollar dəyərində kredit ayırıb.

1994-cü ildə yaradılmış "Baku Electronics" Azərbaycanda dünya üzrə tanınmış elektron texnika brendlərinin eksklüziv distribüteridir. Şirkət ölkədə ilk dəfə olaraq məişət texnikası və elektronika onlayn-mağazalarını açıb.

AYİB-in krediti Bakının Əhmədli qəsəbəsində müasir multibrend mağazaların tikilməsinin maliyyələşdirilməsinə yönəldilib. 1000 kvadratmetr sahəsi olan ikimərtəbəli mağaza aparıcı enerjiqoruyucu texnologiyalardan istifadə etməklə inşa olunacaq.

"AYİB şirkətin rəqabət qabiliyyətinin artırılması və aparıcı pərakəndə standartların tətbiq edilməsi məqsədilə öz strategiyası çərçivəsində "Baku Electronics"ə dəstək göstərir", - Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Frensis Deley deyib.

AYİB Azərbaycanda fəaliyyət göstərdiyi ilk dövrlərdən etibarən ölkənin müxtəlif iqtisadi sahələrinə 1,6 milyard dollardan çox sərmayə yatırıb ki, bu da ölkədə 5 milyard dollardan çox həcmdə əlavə sərmayənin yığılmasına imkan yaradıb.

Xəbər lenti

Xəbər lenti