...

Azərbaycanın "Atəşgah" sığorta şirkətində sığorta edilən gənc idmançı fəxri adlara layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2010 16:04 (UTC +04:00)
Tennis üzrə Azərbaycan milli komandasının və Olimpiya yığmasının üzvü Əlizadə Aydan Elşad qızı ölkənin ən gənc və uğurlu idmançısı hesab oluna bilər.
Azərbaycanın "Atəşgah" sığorta şirkətində sığorta edilən gənc idmançı fəxri adlara layiq görülüb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Tennis üzrə Azərbaycan milli komandasının və Olimpiya yığmasının üzvü Əlizadə Aydan Elşad qızı ölkənin ən gənc və uğurlu idmançısı hesab oluna bilər. 15 yaşlı tennisçi peşəkar inkişaf dövrü ərzində artıq çoxlu fəxri adlar qazanıb. Azərbaycan Kubokuna sahib olmaqla (20-25 sentyabr) gənc tennisçi mübarizəni paytaxt birinciliyində (27 sentyabr - 3 oktyabr) davam etdirərək, yüksək nəticələr göstərib və cütlərin yarışında birinci yeri tutub. Oktyabrın 16-da isə Əlizadə milli komandanın tərkibində beynəlxalq turnirdə iştirak etmək üçün Riqaya yola düşüb.

"Atəşgah" sığorta şirkəti Əlizadənin peşəkar mübarizədə inkişafını dəstəkləməyi özünə borc bilib və böyük məmuniyyət hissilə ona xaricə gedənlər üçün sığorta polisini təqdim edib. Bu barədə şirkətin məlumatında deyilir. Qızın valideynləri üçün şirkət məmuniyyətlə eyni məhsulu - "Arxayın Valideyn"i təqdim edəcək. Onun unikallığı dərhal sığorta müavinətinin və sığorta ödənişinin dünyanın istənilən nöqtəsində və istənilən anında alınma imkanın olmasından ibarətdir.

Bu sığorta polisi gənc çempionun valideynlərinə qızlarını beynəlxalq turnir və çempionatlara göndərən zaman özlərini daha inamlı hiss etməyə imkan verəcək. Çünki onlar üçün qızları təkcə məşhur tennisçi deyil, həm də ilk növbədə övladdır. Uşaqlar isə bizim ən dəyərlli nemətimizdir.

"Atəşgah" SŞ-nin bütün kollektivi adından Aydanı uğurları münasibətilə təbrik edir və ona olimpiya zirvələrini fəth etməklə, ölkəmizi bütün dünyada təmsil etməklə həmişə yüksəklikdə olmağı arzulayırıq", - məlumatda deyilir.

"Atəşgah" sığorta şirkəti 1996-cı ilin dekabrında yaradılıb. Azərbaycanda həyat sığortası üzrə sığorta şirkəti ixtisaslaşmış şirkət olmaqla, "Atəşgah Həyat" "Atəşgah" sığorta qrupunun tərkibinə daxildir. "Atəşgah" sığorta şirkəti sığortanın 21 növü üzrə fiziki və hüquqi şəxslərə xidmət göstərir. 2010-cu ilin birinci yarısının yekunlarına görə, şirkət Azərbaycan sığorta şirkətləri arasında sığorta yığımları renkinqində üçüncü yeri tutur. "Atəşgah"ın Bakıda beş ofisi və Azərbaycan ərazisində altı regional nümayəndəliyi var.

Xəbər lenti

Xəbər lenti