...

Azərbaycanın Standartlaşdırma üzrə Dövlət Komitəsi 300-dən çox istehlakçıların hüquqlarının pozulması faktını aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2011 18:48 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehlakçıların hüquqlarının müdafiəsi, sertifikatlaşdırma qaydalarına, metroloji qayda və normalara riayət edilməsini yoxlamaq məqsədi ilə 2010-cu il ərzində 2146 təsərrüfat subyektində dövlət nəzarəti aparıb.
Azərbaycanın Standartlaşdırma üzrə Dövlət Komitəsi 300-dən çox istehlakçıların hüquqlarının pozulması faktını aşkar edib

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehlakçıların hüquqlarının müdafiəsi, sertifikatlaşdırma qaydalarına, metroloji qayda və normalara riayət edilməsini yoxlamaq məqsədi ilə 2010-cu il ərzində 2146 təsərrüfat subyektində dövlət nəzarəti aparıb. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin çərşənbə axşamı yaydığı məlumatda deyilir. Martın 15-də Ümumdünya istehlakçı hüquqlarının müdafiəsi günü qeyd edilir.

Dövlət komitəsinin məlumatında deyilir ki, aparılmış yoxlamaların 1481-i istehsal sahəsində, o cümlədən 929-u ərzaq məhsullarının istehsalı, 552-si qeyri-ərzaq məhsullarının istehsalı sahəsində olub.

Yoxlamalar zamanı 344 müəssisədə nöqsanlar aşkar edilərək iradnamə və tələbnamə verilib, 147 müəssisə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək barələrində müvafiq inzibati qərarlar qəbul edilib.

İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı komitəyə 2010-cu il ərzində 77 müraciət daxil olub ki, bu müraciətlərdən 55-i müsbət həll olunub, 10 müraciət əsassız sayılıb, 9 müraciətlə bağlı müvafiq izahat verilib və 3 müraciət komitənin səlahiyyətinə aid olmadığına görə baxılması üçün aidiyyəti üzrə göndərilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 37 keyfiyyət standartlarına uyğunluq sertifikatı hazırlayıb.

O cümlədən ümumi təmayüllü 10, neft və neft məhsulları və onların təyini metodlarına aid 8, maşınqayırma üzrə 4, ət və süd emalı məhsullarına aid 11, yüngül sənaye məhsullarına aid 4 normativ sənəd hazırlanıb. Ümumilikdə keçən il beynəlxalq, Avropa İttifaqı və regional standartlar əsasında hazırlanmış 162 milli standart dövlət qeydiyyatına alınıb.

Xəbər lenti

Xəbər lenti