...

Azərbaycanda sənədi olmayan taksi sürücüləri cərimə olunacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2011 12:01 (UTC +04:00)
Taksi sürücüləri qanunda nəzərdə tutulmuş qaydada taksi xidmətləri göstərdiklərinə görə Nəqliyyat Nazirliyi nümayəndələrinə yollarda deyil, A.Gəraybəyli küçəsi, 29 ünvandakı "Bakı Sərnişin Nəqliyyat" MMC-də yerləşən ödəniş məntəqəsinə pul ödəməlidirlər.
Azərbaycanda sənədi olmayan taksi sürücüləri cərimə olunacaqlar

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Taksi sürücüləri qanunda nəzərdə tutulmuş qaydada taksi xidmətləri göstərdiklərinə görə Nəqliyyat Nazirliyi nümayəndələrinə yollarda deyil, A.Gəraybəyli küçəsi, 29 ünvandakı "Bakı Sərnişin Nəqliyyat" MMC-də yerləşən ödəniş məntəqəsinə pul ödəməlidirlər. Trend-in məlumatına görə, bu barədə NN-in çərşənbə gün yaydığı məlumatda deyilir.

Məlumata görə, taksi sürücüləri müvafiq sənədləri NN nümayəndələrinin yoxlama məqsədilə tələb etdikləri halda yerində təqdim edə bilərlər.

Məlumatda o da bildirilir ki, NN əməkdaşlarına müvafiq sənədləri təqdim etməyən taksi sürücüləri 50 manat məbləğində cərimə olunacaqlar.

Xəbər lenti

Xəbər lenti