...

I rübdə Azərbaycan banklarının ümumi aktivləri 5 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2011 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel/Trend, müxbir N.İsmayılova/

2011-ci ilin birinci rübünün sonuna olan məlumata görə, Azərbaycan banklarının ümumi aktivləri 12,63 milyard manat olub ki, bu da 2011-ci ilin əvvəlinə olan göstəricidən 4 faiz azdır. Bu barədə Azərbaycan Məkəzi Bankının məlumatında deyilir.

İnvestisiya qoyuluşları ilin əvvəlindən 6,1 faiz artaraq 1134,98 milyon manat, müştərilərə verilənlər - 7763,45 milyon manat (9,5 faiz azalıb) təşkil edib.Ölkənin maliyyə sektoruna verilən kredit və depozitlərin həcmi 520,83 milyon manat, hesabat dövrü ərzində korrespondent hesablarında vəsaitlər 1404,43 milyon manat təşkil edib. 2011-ci il aprelin 1-nə olan məlumata görə, Azərbaycan banklarının nağd vəsaitləri ilin əvvəlindən 22,4 faiz artaraq 597,52 milyon manat olub.

2011-ci il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının ümumi öhdəlikləri 10,426 milyard manat təşkil edərək ilin əvvəlindən 6,3 faiz azalıb. Bunun 5464,84 milyon manatı depozitlərin, 4282,83 milyon manatı maliyyə bazarından alınan kredit və depozitlərin payına düşür.

Aprelin 30-na olan rəsmi məzənnə 0,7916 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti