...

Azərbaycanda ipoteka istiqrazlarına tələbat təklifi 7,6 dəfə üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2011 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend/

Ölkənin Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) istiqrazlarına tələbat təklifi 7,6 dəfə üstələyib. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.

Cümə axşamı BFB-də AİF-in 5 milyon manat məbləğində faizli adlı sənədsiz təmin edilmiş istiqrazları yerləşdirilib.

Sifarişlərin ümumi məbləği nominal üzrə 37,853 milyon manat təşkil edib. Satışa çıxarılan istiqrazların bütün həcmi tam yerləşdirilib. Sifarişlər 101,0750 faiz qiymətdə təqdim edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 11 dekabr 2017-ci ildir.

İstiqrazların yerləşdirilməsinin ilkin təşkilatçısı kimi Azərbaycan Mərkəzi Bankı çıxış edir.

AİF-in istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 19 noyabr 2010-cu il tarixdə qeydə alınıb.

Yerləşdirmə hər birinin nominal dəyəri 1000 manat olan 60 milyon manat həcmində qeydiyyata alınan faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazların üçüncü emissiyasından aparılır. İstiqrazların gəlirliliyi üç faiz təşkil edir. Bu emissiyanın yerləşdirilməsinə yanvarın 17-dən başlanıb və bu günədək 33 milyon manatlıq istiqraz satılıb.

İndiyədək AİF 55 milyon manat məbləğində təmin edilmiş və 75 milyon manat məbləğində təmin edilməmiş iki emissiya yerləşdirib.

Mayın 26-na olan rəsmi məzənnə 0,7896 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti