...

Azərbaycanın Əmək Nazirliyi gələcək fəaliyyət istiqamətlərini müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2011 14:40 (UTC +04:00)
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələcəkdə üç əsas istiqamət üzrə iş aparacaq. Trend-in məlumatına görə, bu barədə nazir Füzuli Ələkbərov cümə günü ilin birinci yarısının yekunları üzrə nazirliyin kollegiya iclasında bildirib.
Azərbaycanın Əmək Nazirliyi gələcək fəaliyyət istiqamətlərini müəyyən edib

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələcəkdə üç əsas istiqamət üzrə iş aparacaq. Trend-in məlumatına görə, bu barədə nazir Füzuli Ələkbərov cümə günü ilin birinci yarısının yekunları üzrə nazirliyin kollegiya iclasında bildirib.

"Biz əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsi və işimizin keyfiyyətinin artırılması yollarını öyrənirik və çalışırıq ki, vətəndaşlarla məmurlar arsındakı münasibətləri minimuma endirək. Bunun üçün biz gələcək fəaliyyətin üç əsas istiqamətini müəyyən etmişik", - Ələkbərov bildirib.

Onun sözlərinə görə, birinci istiqamət informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə mövcud qaydaların təkmilləşdirilməsindən ibarətdir.

"Dünya təcrübəsi və informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə biz vətəndaşların müraciətlərinə baxılmasının yeni mexanizmlərinin tətbiqi üzərində iş aparırıq", - Ələkbərov bildirib.

Kollegiyada qeyd olunduğu kimi, ünvanlı sosial yardım proqramlarının yerinə yetirilməsi, vətəndaşlarla məmurlar arasında əlaqələrin minimuma endirilməsi və qərarların qəbulu zamanı subyektiv amillərin kənarlaşdırılması üçün Balakən və Cəlilabad rayonlarında vətəndaşların müraciətlərinin (poçtla və elektron şəkildə) alternativ mexanizmlərinin həqiqiliyinin yoxlanılması aparılacaq.

"Bununla əlaqədar biz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə işləyirik. Hesab edirəm ki, gələn ildən bu mexanizmlərin tətbiqinə başlanacaq", - Ələkbərov bildirib.

Əmək Nazirliyi habelə ünvanlı yaradım alanlara plastik kartların verilməsi ilə bağlı banklarla işləməyə başlayıb.

Nazirin sözlərinə görə, ikinci istiqamət ictimai nəzarətin gücləndirilməsidir.

"Qanunvericiliklə müəyyən edilən qaydalara əməl olunması üçün ictimai nəzarətin gücləndirilməsi vacibdir. Burada mətbuata və nazirlik yanındakı İctimai Şuraya böyük rol ayrılır", - Ələkbərov deyib.

İctimai Şuranın ilk iclası iyulun 15-də keçirilib, iclasda onun nizamnaməsi təsdiq edilib.

Nazirin sözlərinə görə, üçüncü istiqamətə əsasən, nazirlik öz səlahiyyətlərindən istifadə etməklə yoxlama və nəzarət funksiyasını həyata keçirməyi davam etdirəcək.

"Hazırda biz prokurorluq orqanlarına ünvanlı sosial yardımlara ayrılan vəsaitdən məqsədsiz istifadə faktının aşkar edilməsi ilə əlaqədar 4 müraciət göndərmişik", - Ələkbərov deyib.

Xəbər lenti

Xəbər lenti