...

Azərbaycanın Standartlaşdırma üzrə Dövlət Komitəsi bəzi standartları təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2011 11:27 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bəzi standartları təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı komitənin yaydığı məlumatda deyilir.
Azərbaycanın Standartlaşdırma üzrə Dövlət Komitəsi bəzi standartları təsdiqləyib

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bəzi standartları təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı komitənin yaydığı məlumatda deyilir.

Aşağıdakı standartlar təsdiqlənib:

AZS 352-2011 (codex stan 49-1981) Yalnız fiziki üsullarla konservləşdirilmiş tomat şirəsi;

AZS 353-2011 (codex stan 247-2005) Meyvə şirələri və nektarları;

AZS 396-2011 "Boru kəmər armaturası. Termin və təriflər";

AZS 410-2011 "Tədarük olunan və göndərilən taxıl. Termin və təriflər";

AZS 589-2011 "T-1500-30 və T-1500-45 markalı transformator
yağları";

AZS 592-2011 "Monterey tipli metalkirəmit dam örtükləri";

AZS 602-2011 (TS EN 1169/Nissan 2011) "İlk dəfə istehsal edilən beton məmulatlar - Tərkibində möhkəmləndirici şüşə lif olan sementlərin sənaye istehsalına nəzarətin ümumi qaydaları";

AZS СТБ EN 13230-1-2011 "Dəmir yolu. Yolun üst quruluşu. Demir-beton şpal və çevirici bruslar. Hissə 1. Ümumi tələblər";

AZT 042-2011 "İnformasiya və kommunikasiya texnologiyaları xidmətlərinin statistik təsnifatı;

AZT 043-2011 "Enerji məhsullarının təsnifatı";

AZS 411-2010 (EN 197-1:2010) "Sement. I hissə: Ümumi təyinatlı sementlərin tərkibi, spesifikasiyaları, qablaşdırılması, saxlanması, nəql edilməsi və uyğunluq meyarları".

Bundan başqa, AZS 411-2010 (EN 197-1:2010) standartına dəyişiklik edilib.

Xəbər lenti

Xəbər lenti