...

Azərbaycanda 2000 ədəddən çox spirtli içki və tütün məmulatı məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2011 19:40 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin və Sabunçu rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən 7,452 min manat dəyərində keyfiyyətsiz spirtli içki və tütün məmulatları məhv edilib.
Azərbaycanda 2000 ədəddən çox spirtli içki və tütün məmulatı məhv edilib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin və Sabunçu rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən 7,452 min manat dəyərində keyfiyyətsiz spirtli içki və tütün məmulatları məhv edilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, Balaxanı qəsəbəsi ərazisində istifadəyə yararsız mallar, o cümlədən əmtəə nişanı olmadan və ya saxta aksiz markaları ilə təqdim olunmuş mallar, həmçinin keyfiyyətsiz spirtli içkilər və tütün məmulatları məhv edilib.

Məhkəmə orqanları və məhkəmə tibbi ekspertizasının qərarları ilə 2103 ədəd mal keyfiyyətsiz hesab edilərək müsadirə edilib. Nəticədə 705 ədəd 5069,5 manat dəyərində spirtli içki və 1398 ədəd 2382,8 manatlıq tütün məmulatı məhv edilib.

Bütün yararsız məhsullar qəsəbədə yerləşən xüsusi ərazidə məhv edilib.

Xəbər lenti

Xəbər lenti