...

İranın "Arta Ticarət Zərrin" tekstil şirkəti Xəzəryanı ölkələrin bazarına daxil olur

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2011 18:10 (UTC +04:00)
İranın "Arta Ticarət Zərrin" tekstil şirkəti Xəzəryanı ölkələrin bazarına daxil olur.
İranın "Arta Ticarət Zərrin" tekstil şirkəti Xəzəryanı ölkələrin bazarına daxil olur

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir D.Xatınoğlu/

"Arta Ticarət Zərrin" (Arta Tejarat Zarrin) tekstil ve geyim şirkəti (clothing company) dörd aydır fəaliyyət göstərir, 200 min kvadrat ərazisi və 110 min kvadrat tikinti zalı ilə Orta Şərqin ən böyük tekstil və geyim şirkəti kimi, ildə 30 milyon ədəd müxtəlif növ geyimlər istehsal etmə potensialı var. Bu barədə şirkətin icraçı direktoru Mehdi Monzebi Trend-ə müsahibəsində bildirib.

Dünyanın ən yeni texnologiyası ilə fəaliyyət göstərən "Arta Ticarət Zərrin" şirkəti yeddi tekstil zavodu və 5 geyim istehsalı zavodundan ibarətdir, əyirmə bölməsi sutkada 12 ton məhsul istehsal edir.

Moznebinin sözlərinə görə, bu şirkət sutkada 20 min metr müxtəlif cins parçaları dünyanın ən modern avadanlıq və texnologiyaları ilə istehsal edir və həmin cins parçalar hətta Türkiyə bazarına da ixrac olunur. Şirkət, həmçinin sutkada 10 min metr köynəklik parça istehsal edir. Toxunuş bölməsində 86 aparat sutkada 23 ton məhsul, 2000-2500 top həcmində müxtəlif Triko parçaları (Trico Knitting) istehsal edilir.

Tikiş zavodunda 1400 tikiş maşını işləyir, R&D bölməsində isə tekstil sahəsində müasir avadanlıqlar fəaliyyət göstərir. Bu bölmədə sukeçirməz parçalar istehsal olunur ki, eyni sukeçirməzliklə yanaşı, parçanın təbii keyfiyyəti də olduğu kimi qalır və bədənin xarici mühitlə temperatur mübadiləsinə də mane olmur. Bu parçalar məktəblilərin və polislərin forma geyimi, kişi-qadın üçün sukeçirməz paltarlar, hərbi paltarlar, ləkəyə və alova qarşı paltarların istehsalında istifadə olunur.

Adi geyimlər sahəsində alt paltarı, cins, köynək, mayka, idman geyimləri (professional və ümumi) və digər məhsullar bu şirkətdə istehsal olunur.

Moznebinin sözlərinə görə, şirkətin 100% səhmdarı İranın Ticarət Bankıdır və buna görə də şirkətin maliyyə imkanları kifayət qədər genişdir.

Şirkətin birinci topdansatış cins karqosu cari həftə Türkiyə bazarına daxil olacaq. Hazırda "Golden Tex" şirkəti "Arta Ticarət Zərrin"in Türkiyədə marketinq işlərini həyata keçirir.

Şirkətin pambıq ehtiyaclarının bir qismini Özbəkistanın UPM şirkəti təmin edir, viskoz və polyester lifləri isə Malayziya və Cənubi Koreyadan gətirilir. Şirkətdə liflərin boyanması və digər proseslər alman texnologiyası ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti