...

Azərbaycanda lizinq şirkətlərinin sayı artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2011 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda "Gəncə Lizinq" MMC noyabr ayında vergi orqanlarında dövlət qeydiyyatından keçib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Vergilər Nazirliyinin rəsmi saytının "bir pəncərə" bölməsində məlumat verilir.

Şirkət fiziki şəxs Zaur Hüseynov tərəfindən təsis edilib, o, həmçinin struktrurun qanuni nümayəndəsidir.

Təşkilat noyabrın 28-də kommersiya fəaliyyəti üzrə dövlət qeydiyyatından keçib.

Buna qədər Azərbaycanda rəsmi olaraq 32 lizinq şirkəti qeydə alınıb, lakin onlardan real olaraq 10 lizinq şirkəti fəaliyyət göstərir.

Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının (ALCA) sədri Elçin Əhmədovun əvvəl Trend-ə dediyinə görə, ölkənin lizinq bazarının potensialı 700-800 milyon dollar qiymətləndirilir ki, bu da bazarın mövcud həcmini təxminən 3-4 dəfə üstələyir.

Xəbər lenti

Xəbər lenti