...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2012 10:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 yanvar/ Trend müxbir N. İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 0,78648 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

26 dekabr

0,7863

2 yanvar

0,7865

27 dekabr

0,7863

3 yanvar

0,7865

28 dekabr

0,7862

4 yanvar

0,7865

29 dekabr

0,7864

5 yanvar

0,7865

30 dekabr

0,7865

6 yanvar

0,7864

Həftə ərzində orta

0,78634

Həftə ərzində orta

0,78648

Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməz olaraq qalıb. Ötən həftə orta məzənnə 0, 7857 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmə həyata keçirilib (T+0): yanvarın 2-dən 4-nə qədər sövdələşmə olmayıb, buna görə də məzənnə 0,7857 AZN/USD səviyyəsində qalıb, yanvarın 5-də 0,7857 AZN/USD məzənnə $2,1 mln., yanvarın 6-da sövdələşmə olmayıb, buna görə də məzənnə 0,7857 AZN/USD məzənnə səviyyəsində qalıb.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

26 dekabr

0,7862

2 yanvar

0,7857

27 dekabr

0,7857

3 yanvar

0,7857

28 dekabr

0,7854

4 yanvar

0,7857

29 dekabr

0,7854

5 yanvar

0,7857

30 dekabr

0,7857

6 yanvar

0,7857

Həftə ərzində orta

0,78568

Həftə ərzində orta

0,7857

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti