...

Dünya Bankının Azərbaycanda su layihəsi çərçivəsində məsləhətçi müəyyənləşib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2012 19:37 (UTC +04:00)
Azərbaycan hökuməti və Dünya Bankının (DB) maliyyələşdirdiyi "Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi" çərçivəsində tikinti işləri üçün məsləhətçi müəyyənləşib.
Dünya Bankının Azərbaycanda su layihəsi çərçivəsində məsləhətçi müəyyənləşib (FOTO)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir A.Axundov/

Azərbaycan hökuməti və Dünya Bankının (DB) maliyyələşdirdiyi "Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi" çərçivəsində tikinti işləri üçün məsləhətçi müəyyənləşib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Azərsu" ASC-nin yaydığı məlumatda deyilir.

Müvafiq tenderin qalibi cümə axşamı "Azərsu" ilə müqavilə bağlayan Almaniyanın "p2mberlin GmbH" şirkəti olub.

Müqaviləyə əsasən, məsləhətçi şirkət tikinti üzrə podrat təşkilatlarının işlərinə nəzarət edərək məsləhət xidmətləri göstərəcək.

Layihələrin hazırlanması, qiymətləndirilməsi və icrası zamanı, ödəniş və hesablaşmaların həyata keçirilməsində məsləhətçi şirkətin xidmətlərindən istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti