...

Azərbaycanda hər ailəyə düşən sosial yardımın orta aylıq həcmi 135 dolları ötür - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2012 14:40 (UTC +04:00)
2012-ci ilin birinci rübündə Azərbaycanda adambaşına düşən ünvanlı sosial yardımın (ÜSY) orta aylıq həcmi 23,66 manat, hər ailəyə düşən orta aylıq həcmi isə 106,45 manat təşkil edib.
Azərbaycanda hər ailəyə düşən sosial yardımın orta aylıq həcmi 135 dolları ötür - nazir

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir A.Axundov/

2012-ci ilin birinci rübündə Azərbaycanda adambaşına düşən ünvanlı sosial yardımın (ÜSY) orta aylıq həcmi 23,66 manat, hər ailəyə düşən orta aylıq həcmi isə 106,45 manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilmiş tapşırıqların icrası ilə bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kerçirilən müşavirədə nazir Fizuli Ələkbərov bildirib.

"Birinci rübün yekununa əsasən, Azərbaycanda 127 234 ailədən 566 472 nəfər sosial yardım alır", - Ələkbərov deyib.

Onun sözlərinə görə, nazirlik birdəfəlik ÜSY-nin ödənişini nəzərdə tutan "Özünədəstək" proqramını ötən il Tovuz rayonunun Vahidli kəndində sınaqdan keçirib. Layihənin digər pilot rayonlar olan Masallı, Xaçmaz, İsmayıllı və Bakının Nizami rayonlarında icrasına hazırlıq işləri aparılır. Cari ilin ilk rübündə Füzuli rayonunda icrası davam etdirilən bu proqram cəbhəyanı bütün kəndlərdə, ümumən ölkənin hər bir rayonunda icra olunacaq.

"Özünədəstək" layihəsinin məqsədi ÜSY alan ailələrə öz bizneslərini inkişaf etdirməsi üçün birdəfəlik vəsaitlərin ayrılmasıdır.

Xəbər lenti

Xəbər lenti