...

Tbilisidən Bakıya uçan iki reys birləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2012 12:35 (UTC +04:00)
Mayın 26-sı gecəyə təyin olunmuş Tbilisi-Bakı aviareysi səhər reysi ilə birləşdirilib və hazırda təyyarə artıq havaya qalxıb.
Tbilisidən Bakıya uçan iki reys birləşdirilib

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir Ə.Həsənov

Mayın 26-sı gecəyə təyin olunmuş Tbilisi-Bakı aviareysi səhər reysi ilə birləşdirilib və hazırda təyyarə artıq havaya qalxıb. Bu barədə şənbə günü Trend-ə Heydər Əliyev Bakı Beynəlxalq Aeroportundan məlumat verilib.

"Tbilisi-Bakı aviareysi saat 03:10-da uçmalı idi, lakin hava şəraiti ilə əlaqədar yubandı və saat 13:50-də uçub", - aeroportdan deyilib.

Aviareys tufana görə təxirə salınıb.

Saat 11:20-də uçmalı olan Krasnodar-Bakı aviareysi də ləngiyib.
Məlumata görə, yubanmanın səbəbləri dəqiqləşdirilir.

Xəbər lenti

Xəbər lenti