...

Azərbaycanın əmtəə dövriyyəsi ilin əvvəlindən 14 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2012 10:49 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci ilin yanvar-may aylarında 133 ölkə ilə həyata keçirilən xarici ticarət əməliyyatlarının nəticələrini açıqlayıb.
Azərbaycanın əmtəə dövriyyəsi ilin əvvəlindən 14 milyard dolları ötüb

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci ilin yanvar-may aylarında 133 ölkə ilə həyata keçirilən xarici ticarət əməliyyatlarının nəticələrini açıqlayıb. Bu barədə şənbə günü Trend-ə DGK-dan məlumat verilib.

Ölkənin əmtəə dövriyyəsinin ümumi həcmi 14,41 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisini 2,54 faiz üstələyir.

Xarici ticarət əməliyyatlarında 7,06 milyard dollar həcmində müsbət saldo yaranıb.

Bu dövr ərzində xarici ticarət əməliyyatlarına 5552 hüquqi və fiziki şəxs cəlb edilib, onlardan 2869 nəfəri hüquqi, 2683 nəfəri isə fiziki şəxs olub.

2012-ci ilin ilk beş ayında ixrac əməliyyatları 10,735 milyard dollar təşkil edib ki, bu da 2011-cu ilin analoji dövrü ilə müqayisədə 1,43 faiz çoxdur.

İxracatda dövlət sektorunun payı 10,207 milyard dollar (95,08 faiz), özəl sektorun payı isə 489 milyon dollar (4,55 faiz) təşkil edib. Fiziki şəxslərdə isə bu göstərici 38,37 milyon dollar (0,35 faiz) olub.

2012-ci ilin yanvar-may ayları ərzində idxal 3,375 milyon dollar təşkil edib ki, bu da 2011-ci ilin analoji dövrünə nisbətən 5,92 faiz çoxdur.

İdxal əməliyyatlarında dövlət sektorunun payı 771,8 milyon dollar (21 faiz), özəl sektorun payı 2,71 milyard dollar (73,84 faiz), fiziki şəxslərin payı isə 190,38 milyon dollar (5,18 faiz) təşkil edib.

2012-ci ilin yanvar-may aylarında Azərbaycandan 1414 növ məhsul ixrac edilib, ölkəyə isə 5403 növ məhsul gətirilib.

Xəbər lenti

Xəbər lenti