...

2013-cü ildə AzSSR Əmanət Bankının əmanətçilərinə 630 milyon dollardan artıq vəsait ödəniləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2012 11:03 (UTC +04:00)
2013-cü ildə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan şöbəsinin əmanətçilərinə birdəfəlik fərdi əmanətlərin verilməsi üçün əlavə olaraq 500 milyon manat ödəniləcək.
2013-cü ildə AzSSR Əmanət Bankının əmanətçilərinə 630 milyon dollardan artıq vəsait ödəniləcək

Azərbaycan, Bakı, 16 oktyabr / Trend, müxbir A.Axundov /

2013-cü ildə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan şöbəsinin əmanətçilərinə birdəfəlik fərdi əmanətlərin verilməsi üçün əlavə olaraq 500 milyon manat ödəniləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rəsmi mətbuatda dərc olunmuş 2013-cü il üzrə dövlət büdcəsi haqqında qanun layihəsində bildirilir.

Prezident İlham Əliyev 2012-ci il martın 14-də keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti