...

Azərbaycanda sovet dövründə banklarda əmanəti olan vətəndaşların nəzərinə

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2012 16:00 (UTC +04:00)
"Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi üçün ərizələrin son qəbul tarixi 31 dekabr 2012-ci il nəzərdə tutulub.
Azərbaycanda sovet dövründə banklarda əmanəti olan vətəndaşların nəzərinə

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

"Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi üçün ərizələrin son qəbul tarixi 31 dekabr 2012-ci il nəzərdə tutulub. Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.

Nazirlik bir daha tövsiyə edir ki, Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçiləri qeyd olunan müddət ərzində "Kapital Bank"ın şöbə və məntəqələrinə müvafiq ərzə və sənədlərini təqdim etsinlər.

Ərizələrin qəbulu istirahət günləri olan 29, 30 və 31 dekabr 2012-ci il tarixlərində də həyata keçiriləcək. Həmin müddətdən sonra müraciətlər qəbul edilməyəcək və onlara baxılmayacaq.

Qəbul olunmuş ərizələr üzrə fərdi birdəfəlik ödəmələr 2013-cü il də həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti