...

Azərbaycanın həyat sığortası şirkətinin ödənişləri il ərzində ikiqat artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2013 14:23 (UTC +04:00)
"Paşa Həyat" həyat sığortası şirkəti ötən il sığorta mükafatlarının həcmini 80 faiz artırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Elnur Hüseynquluyev mətbuat konfransında deyib.
Azərbaycanın həyat sığortası şirkətinin ödənişləri il ərzində ikiqat artıb

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir A.Axundov/

"Paşa Həyat" həyat sığortası şirkəti ötən il sığorta mükafatlarının həcmini 80 faiz artırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Elnur Hüseynquluyev mətbuat konfransında deyib.

"Ötən ilin yekunu olaraq, şirkətin yığımları il ərzində 80 faiz artaraq 14,697 milyon manata çatıb, ödənişlər isə təqribən iki dəfə artaraq 360 min manata çatıb. 2012-ci ildə şirkətin yığımlarının 64 faizi icbarı sığortanın (9,432 milyon manat), 36 faizi könüllü sığortanın (5,264 milyon manat) payına düşüb. Ödənişlərin böyük hissəsi (263 min manat), həmçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın payına düşüb", - Hüseynquluyev qeyd edib

Təkcə ötən ilin dekabrında bir sığorta halı üzrə şirkət tərəfindən təqribən 50 min manat həcmində təzminat ödənilib.

Onun sözlərinə görə, 2012-ci il ərzində şirkət yığımların həcmi üzrə sığorta şirkətlərinin renkinqində iki bənd yüksələrək doqquzuncu sırayada qərarlaşıb.

"Ötən il şirkətin həyat sığortası bazarında payı 4 faiz bəndi artaraq 40 faizə çatıb. Şirkətin hazırda sığorta bazarında payı 4,3 faizdir. "Paşa Həyat" ödənilmiş nizamnamə kapitalının həcmi üzrə sığorta şirkətlərinin renkinqində 15,05 milyon manat kapital ilə dördüncü yerdədir", - Hüseynquluyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti