...

"Joint Leasing Company" xaricdən maliyyə vəsaiti cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2013 17:28 (UTC +04:00)
"Joint Leasing Company" QSC 2013-cü ilin fəaliyyət planına uyğun olaraq, "GFM Cossack Bond Company" investisiya fondundan 2 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti cəlb edib.
"Joint Leasing Company" xaricdən maliyyə vəsaiti cəlb edib

Azərbaycan, Bakı, 29 aprel /Trend/

"Joint Leasing Company" QSC 2013-cü ilin fəaliyyət planına uyğun olaraq, "GFM Cossack Bond Company" investisiya fondundan 2 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti cəlb edib. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

"Joint Leasing" şirkətinin baş direktoru Elçin Əhmədovun sözlərinə görə, bu, şirkətin 2013-cü ildə xaricdən maliyyə vəsaitlərinin cəlb edilməsi istiqamətində ilk addımıdır. Gələcəkdə "Joint Leasing Company" cəlb etdiyi vəsaitlərin həcmini artırmaq və bu sahədə həm "GFM Cossack Bond Company" investisiya fondu, həm də digər maliyyə institutları ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Cəlb edilmiş vəsaitlər kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Azərbaycanın ən iri lizinq şirkəti - "Joint Leasing Company" QSC 14 may 2007-ci il tarixindən ölkənin ilk lizinq şirkəti olan "Azərlizinq"in hüquqi varisi kimi fəaliyyət göstərir. "Joint Leasing Company" QSC-nin səhmdarları İngiltərənin "DH Leasing Ltd." şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti