...

"Paşa Sığorta" aparıcı A reytinqli təkrar sığortaçılarla obliqator müqaviləsi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2013 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/

Balanslaşdırılmış sığorta portfelinin yaradılması, sığorta əməliyyatlarının səmərəliliyi və maliyyə sabitliyinin, eləcə də müştəri müraciətlərinin çevikliyinin təmin edilməsi məqsədi ilə "Paşa Sığorta" şirkəti may ayından etibarən A reytinqli "Munich RE", SCOR, "Polish RE" və yerli "AzRe" kimi təkrar sığorta şirkətləri ilə Əmlak/İnşaat-Montaj təkrar sığotrası və onu müşahidə edən risklər üzrə öz birinci obliqator müqaviləsini imzalayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, həmin müqavilə üzrə lider anderrayter rolunda "Munich Re" çıxış edir.

"Munich Re" Azerbaycan bazarında ilk dəfə olaraq ümumi sığorta (non-life insurance) üzrə öz obliqator müqaviləsini imzalayıb. Qeyd edək ki, "Munich Re" illik təkrar sığorta haqqı həcminə görə qlobal sığorta bazarının və dünya təkrar sığorta bazarının lideridir.

"Paşa Sığorta" ASC-nin İdarə Heyətinin üzvü və baş texniki direktoru Tural Əliyev qeyd edib: "Bu müqavilə daha etibarlı təkrar sığorta müdafiəsini, eləcə də "Paşa Sığorta"-nın müştəri müraciətlərinə operativ qaydada cavab vermək imkanı yaradır".

"Paşa Holdinq"in tərkibində fəaliyyət göstərən "Paşa Sığorta" ASC korporativ və fərdi müştərilərə könüllü və icbari sığortanın 30 növü üzrə xidmət göstərir. 35.5 milyon manat nizamnamə kapitalı və 76 milyon manat cari aktiv ilə "Paşa Sığorta" kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycan sığorta və təkrar sığorta bazarının lider üçlüyündə mövqeyini gücləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti