...

Unibank-dan kredit ödənişlərində yenilik

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2013 20:28 (UTC +04:00)
Unibank müştəriləri üçün daha bir yenilik etdi. Artıq ABŞ dolları ilə götürdükləri kreditlər üçün bankın Cash-in-lərində, onlayn vasitəsilə, eləcə də MilliÖn ödəniş terminallarında ödəniş zamanı müştərilərdən mübadilə haqqı tutulmayacaq.

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Unibank müştəriləri üçün daha bir yenilik etdi. Artıq ABŞ dolları ilə götürdükləri kreditlər üçün bankın Cash-in-lərində, onlayn vasitəsilə, eləcə də MilliÖn ödəniş terminallarında ödəniş zamanı müştərilərdən mübadilə haqqı tutulmayacaq.

Qeyd edək ki, indiyədək manatdan başqa valyutalarda olan kreditlərin manatla ödənişi zamanı mübadilə haqqı olaraq vəsaitin 0,5%-i tutulurdu.

Unibank müştəriləri üçün kredit ödənişini və sifarişini daha da asanlaşdırıb. Artıq filiallara gəlmədən MilliÖn ödəniş terminallarında da krediti sifarişi və kredit ödənişlərini etmək mümkündür.

Bank öz müştərilərinə bank filiallarına gəlmədən, kredit ödənişlərini onlayn, mobil əlavələrin köməyi ilə, eləcə də bankomatlar və Cash-in aparatlarının köməyi ilə həyata keçirmək imkanı yaradıb. Unibank müştəriləri elə evlərindən və ya iş yerlərindən http://www.unibank.az/ saytına daxil olmaqla, onlayn kredit ödənişi və sifarişi sistemindən istifadə edərək, kredit sifariş edə və ya ödəyə bilirlər. Ölkə bankları içərisində "Unibank" ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını Unibankın ATM-də qeydiyyata daxil edərək, Unibankda olan kredit ödənişlərini həyata keçirə bilir. Bu imkan kredit sifarişi üçün də yaradılıb. "İnfoUnibank" mobil əlavəsinə malik iPhone və "Android" platformasında olan smartfon və planşet sahibləri də kredit ödənşini həyata keçirə bilərlər. Unibankın Cash-in aparatlarının köməyi ilə hər kəs növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti