...

Azərbaycanda dən üçün payızlıq bitkilərin əkin sahəsi azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2014 19:11 (UTC +04:00)
Təsərrüfatlarda payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir.
Azərbaycanda dən üçün payızlıq bitkilərin əkin sahəsi azalıb

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Təsərrüfatlarda payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanda cari il dekabrın 1-i vəziyyətinə 822,3 min hektar sahədə payızlıq bitkilər, o cümlədən 806,6 min hektarda dən üçün payızlıq bitkilər səpilib. Dən üçün payızlıq bitkilərin 502,8 min hektarını (62,3 faizi) buğda, 303,8 min hektarını (37,7 faizini) isə arpa təşkil edib.

2013-cü ilin müvafiq dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin əkin sahəsi 11,5 faiz, o cümlədən buğdanın əkin sahəsi 17,2 faiz, arpanın əkin sahəsi isə 0,1 faiz azalıb.

Payızlıq bitkilərin səpini barədə daha ətraflı məlumat aşağıdakı cədvəldə verilib:

2014-cü il (yanvar-noyabr) 2013-cü il (yanvar-noyabr) 2014-cü il 2013-cü ilə, %-lə
Dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir - cəmi, hektar 822 296 927 433 88,7
o cümlədən dən üçün 806 621 911 451 88,5
ondan:
buğda 502 810 607 399 82,8
arpa 303 800 303 922 99,9
Məqalədə:
Xəbər lenti

Xəbər lenti