...

Bakının təkrar mənzil bazarında qiymətlər artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2015 07:00 (UTC +04:00)
Bu ilin mart ayında təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 2108 $/кv.m-dən 14.8 faizdən azalaraq 1796 $/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1654 AZN/кv.m-dən 14 faiz artaraq 1886 AZN/кv.m təşkil edib.
Bakının təkrar mənzil bazarında qiymətlər artıb

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Azad Həsəli/

Bu ilin mart ayında təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərin hesablanmış orta təklif qiyməti 2108 $/кv.m-dən 14.8 faizdən azalaraq 1796 $/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1654 AZN/кv.m-dən 14 faiz artaraq 1886 AZN/кv.m təşkil edib.

Trend-in "MBA Group" konsaltinq şirkətinin aylıq hesabatına istinadən verdiyi məlumata görə, məbləğlərdə bu cür fərqin yaranmasına səbəb ötən fevral ayının son həftəsində ölkədə baş verən devolvasiyadır. Mart ayına qədər hesab 0.7844 (USD/AZN) əmsalı ilə aparılırdısa, bu, mart ayından etibarən 1.05 (USD/AZN) əmsalı ilə həyata keçirilir.

Bazar portfelində ümumi təkliflərin sayı isə 1866 ədəd təşkil edib ki, bu da öz növbəsində ötən ay ilə müqayisədə 7.14 faiz, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 9,8 faiz az olub. Təkrar yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi 2000 $/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 72.2 faizini təşkil edir və qeydə alınan orta bazar qiyməti 1541 $/kv.m-dir. Ümumi təklif portfelinin 20 faizini 2000-2500 $/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 2217 $/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2500 $/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 7,8 faiz təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 3040 $/kv.m təşkil edib.

Ümumilikdə, son mart ayındakı aparılan araşdırmalar göstərir ki, təkrar yaşayış mənzil bazarında təklif olunan bir, iki, üç və çoxotaqlı mənzillərin təklif qiymətlərində müvafiq olaraq 13 %, 7%, 20% və 13 % artım var.

Bаzаrdа dövr еdən mənzillərin оtаq sаy göstəricilərində tədricən bаş vеrən yеrdəyişmə dаvаm еdib, təklif olunan mənzillərin sayındakı dəyişikliklər bütün növ mənzillərin payına düşüb. Üç otaqlı mənzillərin təklif sayında yerdəyişmə müşahidə olunmasa da, bir, iki və çox otaqlı mənzillərin ümumi sayında azalma qeydə alınıb. Bunu da ümumi mənzil bazarında qeydə alınan təklif sayındakı azalma ilə əlaqələndirmək olar. Mart ayında "Leninqrad", "Minsk" və "Stalinka" layihəli mənzillərin təklif portfelində olan payları artsa da, digər layihələrə məxsus mənzillərin sayı azalıb. Ən çox azalma "Xruşşov" və "Eksperimental" layihəli mənzillərdə müşahidə edilib.

Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil yeni tikili layihəli 5 otaqlıda qeydə alınıb. Cavanşir körpüsü yaxınlığında yerləşən 430 kv.m sahəyə malik olan, əla təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 5400 USD təşkil edib. Ən ucuz mənzil isə Bakıxanov (Razin) qəsəbəsində yerləşən 70 kv.m-lik sahəyə malik "stalinka" layihəli, 3 otaqlı mənzildə qeydə alınıb, 660 USD/kv.m.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti