...

Türkiyə Mərkəzi Bankı lirənin ucuzlaşmasının qarşısını almağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2015 12:23 (UTC +04:00)
Lirənin kursunun dollara nisbətdə ucuzlaşmasının qarşısını almaq üçün Türkiyə Mərkəzi Bankının kifayət qədər təcrübəsi var.
Türkiyə Mərkəzi Bankı lirənin ucuzlaşmasının qarşısını almağa hazırdır

Azərbaycan, Bakı, 14 may /Trend, müxbirlər Rufiz Hafizoğlu, Azad Həsənli/

Lirənin kursunun dollara nisbətdə ucuzlaşmasının qarşısını almaq üçün Türkiyə Mərkəzi Bankının kifayət qədər təcrübəsi var.

Bu barədə Trend-ə cümə axşamı Türkiyə Mərkəzi Bankının Bakıda olan sədr müavini Necati Şahin bildirib.

"Əlbəttə, türk lirəsinə nisbətən dolların kursunun tez-tez dəyişməsi bizi narahat edir. Lakin bununla yanaşı, milli valyuta kursunun kəskin aşağı düşməsinin qarşısını almaq üçün kifayət qədər təcrübəmiz var", - deyə N.Şahin bildirib.

Onun sözlərinə görə, lirənin kursunun aşağı düşməsi ölkədəki investisiya mühitinə müəyyən mənada təsir edib: "2015-ci ilin birinci rübündə Türkiyə iqtisadiyyatına investisiya qoyuluşu 2,8 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,15 faiz azdır".

N.Şahinin sözlərinə görə, ölkənin valyuta bazarında dolların bahalaşması normal hadisədir, belə ki, tək Türkiyədə deyil, dünyanın bir çox ölkəsində baş verir.

2015-ci il aprelin 23-də Türkiyənin milli valyutası bir dollara 2,7343 türk lirəsi həddinə çatmaqla tarixi minimumunu elan edib.

Türkiyə Mərkəzi Bankı apreldə uçot dərəcəsini dəyişiklik etmədən 7,5 faizdə saxlayıb. Mütəxəssislərin fikrincə, bu lirə kursunun dollara nisbətən sonrakı ucuzlaşmasına səbəb olub. İlin əvvəlindən lirə təqribən 15 faiz ucuzlaşıb.

Lirənin kursunun saxlanılması məqsədilə Türkiyə Mərkəzi Bankı aprelin 30-u REPO hərraclarını yeniləyib. Qurum banklara 13,7 milyard lirə təqdim etməyə hazırdır.

Tvitter: @rhafizoglu , @AzadHasanli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti