Azərbaycan, Bakı, 28 may /Trend, müxbir Azad Həsənli/
2015-ci ilin aprel ayında Bakıda 403 torpaq sahəsi satışa çıxarılıb ki, bu da əvvəlki aylarla müqayisədə 8,4 faiz və ötən ilin analoji göstəricisinə nisbətən isə təqribən 2 dəfə azdır.
Bu barədə Trend "MBA Group" konsaltinq şirkətinə istinadən məlumat verir.
Müqayisə üçün bildirək ki, 2015-ci ilin martında torpaq bazarında təkliflərin sayı 437, 2014-cü ilin aprelində isə 799 olub.
Hesabata əsasən, ötən ay torpaq bazarında qiymət artımı davam edib. Belə ki, 1 sot torpağın qiyməti 1,38 faiz artaraq 16 062 dollar səviyyəsində qərarlaşıb.
Ən cox qiymət artımı isə Bakının Binəqədi (10,6 faiz) və Qaradağ (13,5 faiz) rayonlarında qeydə alınıb.
Apreldə torpaq bazarında qiymət indеksi 0.11 bənd artaraq 8.04 səviyyəsində qərarlaşıb.
Bazarda torpağın ekspozisiya müddəti mart ayı ilə müqayisədə 1,8 faiz artaraq 187 günə çatıb.
Bakının rayonlarında torpağın qiyməti:
Rayonlar |
Mart (USD, kvadratmetr) |
Aprel (USD, kvadratmetr) |
Aylıq dəyişmə (%) |
Abşeron |
5 135 |
5 203 |
1,32 |
Binəqədi |
17 166 |
18 988 |
10,61 |
Nərimanov |
137 960 |
133 763 |
-3,04 |
Nəsimi |
114 590 |
115 873 |
1,12 |
Nizami |
30 385 |
31 150 |
2,52 |
Qaradağ |
4 039 |
4 587 |
13,57 |
Sabunçu |
6 815 |
7 272 |
6,71 |
Səbail |
46 317 |
46 487 |
0,37 |
Suraxanı |
7 311 |
7 881 |
7,8 |
Xətai |
32 253 |
33 979 |
5,35 |
Xəzər |
6 619 |
6 733 |
1,72 |
Yasamal |
192 563 |
193 190 |
0,33 |