...

Bakıda kirayə mənzil bazarında əməliyyatlar azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 May 2015 21:40 (UTC +04:00)
2015-ci ilin aprel ayı ərzində Bakınınn kirayə yaşayış mənzil bazarında əməliyyatların sayı mart ayı ilə müqayisədə 106-dan 10.4 faiz azalaraq 95 ədəd təşkil edib.
Bakıda kirayə mənzil bazarında əməliyyatlar azalıb

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir Ənvər Məmmədov/

2015-ci ilin aprel ayı ərzində Bakının kirayə yaşayış mənzil bazarında əməliyyatların sayı mart ayı ilə müqayisədə 106-dan 10.4 faiz azalaraq 95 ədəd təşkil edib. Bu barədə Trend "MBA Group" konsaltinq şirkətinə istinadən məlumat verir.

Hesabat dövründə Bakıda kirayə yaşayış mənzilin orta hesabla qiyməti 626 manat təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 1,42 faiz azdır və ötən ilin analoji göstəricisindən 6,64 faiz çoxdur. Ötən ay kirayə qiymətləri dollarla ifadədə 2,13 faiz (martla müqayisədə) və 20,32 faiz (2014-cü ilin aprelinə nisbətən) azalaraq 596 dollar təşkil edib.

Apreldə bir kvadratmetrə görə, kirayə haqqı manatla ifadədə marta nisbətən 5,05 azalaraq 8,83 manata, dollarla ifadədə isə 4,54 faiz azalaraq 8,42 dollara çatıb.

Araşdırmaların aparıldığı son ayda tələb portfelində ucuz evlərin (aylıq kirayə haqqı 500 AZN-ə qədər) payı 9,7 faiz, orta qiymətə olan (500 AZN-1000 AZN aralığında) kirayə evlərinin sayında isə 6,3 faiz artım qeydə alınıb. Bahalı evlərin (aylıq kirayə haqqı 1000 AZN-dən yuxarı olan) payı isə ötən mart ayı ilə müqayisədə 9 faiz azalıb.

Apreldə ikiotaqlı mənzillərə daha çox tələbat olub. Kirayəyə çıxarılmış mənzillərin ümumi həcmində onların payı 47,2 faiz (martda 43,7 faiz) təşkil edib. Ardınca üçotaqlı mənzillər (30,5 faiz), dördotaqlı 17,7 faiz (19,9 faiz), dörd və beşotaqlı mənzilləri 4,6 faiz (5,4 faiz) gəlir.

Birotaqlı mənzillərin kirayəsinin orta hesabla qiyməti ötən ay 320 manat, ikiotaqlıların 509 manat, üçotaqlıların 775 manat, dördotaqlıların isə 1380 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti