...

“Bakı Gəmiqayırma Zavodu” MMC Qaradağ Sənaye Parkının rezidenti oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2015 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend/

"Bakı Gəmiqayırma Zavodu" MMC-yə Qaradağ Sənaye Parkının ilk rezidenti statusu verilib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyindən (İSN) Trend-ə verilən məlumatda bildirilir.

Bununla da, İSN-nin tabeliyində fəaliyyət göstərən "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin idarəedici təşkilatı olduğu sənaye parklarında rezident kimi qeydiyyatdan keçmiş şirkətlərin sayı 5-ə çatıb.

Qeyd edək ki, "Bakı Gəmiqayırma Zavodu" MMC SOCAR, Azərbaycan İnvestisiya Şirkəti və Sinqapurun "Keppel Offshore & Marine" şirkəti tərəfindən yaradılıb. Müəssisə ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.

İstehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə qabiliyyəti olan iki tanker və dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti