...

“AtaTravel” MMC “Nar Festivalı”na tur təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2015 09:42 (UTC +04:00)
Noyabrın 7-də “AtaTravel” MMC Göyçay rayonunda keçiriləcək “Nar Festivalı”na tur təşkil edir.
“AtaTravel” MMC  “Nar Festivalı”na tur təşkil edir

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Noyabrın 7-də "AtaTravel" MMC Göyçay rayonunda keçiriləcək "Nar Festivalı"na tur təşkil edir.

"AtaTravel"dən Trend-ə verilən məlumata görə, Nar bayramında narın müxtəliv növlərini, nar şirəsini, mürəbbələr və s. nümayiş etdirən sərgi keçiriləcək.

Komfortlu nəqliyyat, səhər yeməyi, çay süfrəsi, tur rəhbər və fotosessiya daxil olmaqla turun qiyməti 23 AZN təşkil edir. "AtaTravel" MMC-yə (994 12) 493-05-01 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

"AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev qeyd edib ki, agentliyin əsas istiqamətlərindən biri regional turizmin inkişafıdır: "Bu festival çox şən və maraqlı keçir. Axşam ziyarətçilər üçün ölkənin ən yaxşı ifaçılarının, rəqs kollektivləri iştirakı ilə konsert proqramı keçiriləcək".

"AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib və "AtaHolding" ASC-nin törəmə şirkətlərindən biridir. "AtaTravel" turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təklif edir. Şirkət müştərilərə otellər, transferlər, aviabiletlərin, turların əvvəlcədən bronlaşdırılması, sığorta, viza xidmətləri, VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi, sağlamlaşdırıcı turizm və müxtəlif istirahət növləri üzrə xidmətlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti