...

"Texnikabank"ın təqribən 66 min əmanətçisi kompensasiya alacaq (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2016 12:35 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Texnikabank" ASC-nın müştəri hesablarının təhlilini davam etdirir.
"Texnikabank"ın təqribən 66 min əmanətçisi kompensasiya alacaq  (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:35-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Texnikabank" ASC-nın müştəri hesablarının təhlilini davam etdirir. Trend-in məlumatına görə, bunu jurnalistlərə ADIF-in icraçı direktoru Azad Cavadov deyib.

O bildirib ki, ilkin məlumata görə 66 min əmanət üzrə ümimilikdə 79,34 milyon manat məbləğində kompensasiya ödəniləcək.

A.Cavadovun sözlərinə görə, "Texnikabank"ın məlumatlarının təhlili çox vaxt aparacaq, kompensasiyaları isə 4 agent bankdan almaq mümkün olacaq: "Məlum olduğu kimi "Texnikabank" ləğv edilən banklardan ən böyüyüdür. Buna görə də onun hesablarının təhlili çox vaxt apara bilər. Agent banklara gəlincə biz "Muğanbank", "Rabitəbank", "Unibank" və "Kapital Bank"ı kompensasiya ödənişinə cəlb etməyi planlaşdırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti