...

Qeyri-neft sektoru üzrə vergi daxilolmaları proqnozu artıqlaması ilə icra olunub (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2016 13:11 (UTC +04:00)
2016-cı ilin 9 ayında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoz tam yerinə yetirilib.
Qeyri-neft sektoru üzrə vergi daxilolmaları proqnozu artıqlaması ilə icra olunub  (YENİLƏNİB)

Bakı. Azad Həsənli – Trend:

2016-cı ilin 9 ayında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoz tam yerinə yetirilib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə vergilər nazirinin müavini İlkin Vəliyev deyib. 2015-ci ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə vergi daxilolamaları 365 milyon manat artıb.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmaların ümumi həcmi 2016-ci ilin oktyabrın birinə olan vəziyyətə görə 4,9 milyard manat təşkil edib.

Onun sözlərinə görə, qeyri-neft sektoru üzrə daxilolmalar proqnoz təqribən 64 milyon manat məbləğində artıqlması ilə yerinə yetirilib.

Qeyri-neft sektoru üzrə daxilolmalar cəmi üç rübdə 3,8 milyard manatı ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti