...

“Alfa Sığorta” ASC-nin kreditorlarının ikinci növbə tələbləri üzrə ödənişlər yekunlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2018 18:21 (UTC +04:00)
“Alfa Sığorta” ASC-nin kreditorlarının ikinci növbə tələbləri üzrə ödənişlər 24 may tarixində həyata keçirilərək yekunlaşıb.
“Alfa Sığorta” ASC-nin kreditorlarının ikinci növbə tələbləri üzrə ödənişlər yekunlaşıb

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarı ilə lisenziyası ləğv edilmiş “Alfa Sığorta” ASC-nin kreditorlarının ikinci növbə tələbləri üzrə ödənişlər 24 may tarixində həyata keçirilərək yekunlaşıb.

Palatadan Trend-ə verilən məlumata görə, ikinci növbə ödənişlər şəxsi sığorta növləri üzrə sığorta hadisələri nəticəsində dəymiş zərərlərə aid olaraq 44 nəfərə ödənilib.

Kreditorların tələblərinin birinci növbə üzrə sığorta ödənişləri “İcbari Sığortalar haqqında” Qanuna əsasən İcbari Sığorta Bürosu tərəfindən qarşılanıb.

Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə “Alfa Sığorta” ASC müflis elan edilmiş və onun iflası proseduruna başlanılıb. Bu müddət ərzində ləğv prosesində olan “Alfa Sığorta” ASC-nin kreditorlarının tələblərinin reyestri tərtib edilib və məhkəmə tərəfindən təsdiq edilib. Məsələyə yekun olaraq Ali Məhkəmədə baxılıb.

Hazırda sığorta şirkətinin ləğvetmə prosesi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti