...

Bakıda keçiriləcək nəqliyyat sərgisində 15 ölkənin şirkətləri iştirak edəcək (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2018 12:52 (UTC +04:00)
Bakıda iyunun 11-dən 13-dək keçiriləcək "Nəqliyyat, tranzit və logistika" adlı 16-cı Xəzər beynəlxalq sərgisində 15 ölkədən 85 şirkət iştirak edəcək
Bakıda keçiriləcək nəqliyyat sərgisində 15 ölkənin şirkətləri iştirak edəcək (YENİLƏNİB)

Bakı. Trend:

Bakıda iyunun 11-dən 13-dək keçiriləcək "Nəqliyyat, tranzit və logistika" adlı 16-cı Xəzər beynəlxalq sərgisində 15 ölkədən 85 şirkət iştirak edəcək.

Trend-in məlumatına görə, bunu sərgiyə həsr olunmuş mətbuat konfransı zamanı Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Elmir Vəlizadə deyib.

Nazir müavini bildirib ki, bu sərgi regionda ən böyük sərgidir və Azərbaycanın özü üçün vacib əhəmiyyət kəsb edir:

“Bu cür sərgilər müəyyən sahədə əldə olunmuş nailiyyətləri beynəlxalq arenada nümayiş etdirməyə, ölkədə görülmüş işlər barədə danışmağa imkan verir. Nəqliyyat sahəsi Azərbaycan üçün prioritet sahələrdəndir. Bu baxımdan mövcud infrastrukturun rekonstruksiyası və yeni infrastrukturun tikintisi üzrə, eləcə də ölkənin regional logistika qovşağına çevrilməsi işlər aparılır və bu işlər strateji xarakter daşıyır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti